Danimarka müsəlmanları İslam prinsiplərinə və hökmlərinə daha çox bağlanır

İslam Peyğəmbəri (s) haqqında təhqiredici karikaturaların dərc edilməsindən on il sonra yeni bir rəy sorğusu Danimarka müsəlmanlarının İslam prinsiplərinə və hökmlərinə daha bağlı olduqlarından xəbər verib.
Maide.az «local.dk» xəbər saytına istinadən məlumat verir ki, “Vikel” İnstitutu tərəfindən aparılan bu yeni rəy sorğusunun nəticələri onu göstərir ki, müsəlmanlar 2006-cı illə müqayisədə daha çox sayda insan namaz qılır.
Bu rəy sorğusu həmçinin göstərib ki, Danimarka müsəlmanlarının 77 faizindən çoxu hesab edirlər ki, Quran təlimatlarına tam əməl olunmalıdır.
Eləcədə, hicab bağlayan qadınların da sayı artıb.
Rəy sorğusunun nəticələrinin təhlil göstərib ki Danimarka müsəlmanları öz norma və davranışlarını çox müdafiə edirlər, çünki spirtli içkilərin qəbulu və nikahdan kənar cinsi əlaqələrin adi olduğu Danimarka cəmiyyətində müsəlmanların çoxu bu hallardan çəkinirlər.
Sorğuda iştirak edənlər Türkiyədən, Pakistandan, İraqdan, Livandan, Bosniyadan, Somalidən, Suriya və Livandan köçən miqrantların və ya onların nəvələridir.
Danimarkada azlıqda olan müsəlmanların sayı 260 min nəfərdir, onlar ölkənin 6 milyonluq əhalisinin 3 faizini təşkil edirlər.  /
 

Google+ WhatsApp ok.ru