İranın Azərbaycandakı səfirliyində Minada ölənlərin xatirəsi anılacaq 29 Sentyabr 2015 01:00 Dünya Sentyabr ayının 30-u və oktyabr ayının 1-i İranın Bakıdakı səfirliyində Minada baş vermiş izdihamda həlak olmuş iranlı hacıların anılması məqsədi ilə "xatirə kitabı" qoyulacaq. Maide.az xəbər verir ki, bu barədə İranın azərbaycandakı səfirliyindən məlumat verilib. Məlumata görə, "xatirə kitabı" səfirliyin B.Sərdarov küç. 4-də yerləşən (Səbail rayonu) binasında saat 10:00-dan 16:00-dək qoyulacaq. Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus rəhbərləri, Azərbaycanın dövlət rəsmiləri, jurnalistlər və sakinlər "xatirə kitabı"na öz ürək sözlərini yaza bilərlər. Məlumatda həmçinin bir çox ölkələrdən gəlmiş hacıların ölümü ilə nəticələnən Mina faciəsinin ağrılı bir müsibət olduğunu qeyd edərək bildirilib ki, bu hadisə İslam dünyasında çox böyük bir hüznə səbəb oldu. İranın Azərbaycandakı səfirliyi Mina faciəsində dünyasını dəyişmiş insanların ailə üzvlərinə başsağlığı verir və xalq tərəfindən gələn başsağlığına görə, minnətdarlığını bildirir. Qeyd edək ki, Məkkədə - Mina dağında sentyabrın 25-də baş verən izdihamda 1300 -dən artıq zəvvar ölüb, 2000 -ə yaxın zəvvar isə yaralanıb. Minadakı hadisədə ölən iranlı zəvvarların sayı 228 nəfər, itkin düşənlərin sayı 248, yaralıların sayı isə 27 nəfərdir. / Teqlər : #İranın Azərbaycandakı səfirliyində Minada ölənlərin xatirəsi anılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Məhbuslar həbsxanadan qaçıb “İslam qadağan edilsin” deyən siyasətçi məğlub oldu
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO