İranın bu əyalətində 3 gün matəm elan olundu

İranın bu əyalətində 3 gün matəm elan olundu

İranın Sistan və Bəluçistan əyalətində  ötən axşam baş vermiş terrorla əlaqədar 3 gün matəm elan olunb. 
 
Maide.Az “Fars” agentliyinə istinadən xəbər verir ki, Sistan və Bəluçistan əyalət başçısı terror hadisəsini pisləyib, şəhid olan şəxslərin ailələrinə başsağlığı deyib və bu gündən əyalətdə 3 gün matəm elan edib. 
 
Qeyd edək ki, rəsmi məlumatalara görə, iranın cənub-şərqində yerləşən Sistan və Bəluçistan əyalətlərində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbçilərini daşıyan avtobusa edilən terror hücumunda ölənlərin sayı 27 nəfərə çatıb,13 nəfər isə yaralanıb. 
 
Partlayışa görə məsuliyyəti "Ceyşül-ədl (zülm) " qruplaşması öz üzәrinә götürüb.
 
 

Google+ WhatsApp ok.ru