İranın Cənub Pars yatağında baş vermiş yanğın söndürlüüb

İranın Cənub Pars yatağında baş vermiş yanğın söndürlüüb

İranın ən iri qaz yataqlarından olan Cənubi Pars yatağının 15 və 16-cı fazalarının tullantılar anbarında baş vermiş yanğın söndürülüb.
 
Maide.Az xəbər verir ki. ötən gün 15:40 da başlayan yanğının Cənub Pars yatağında əsas infrastruktura ziyan vermədiyi bildirilir. 
 
Məlumata görə, yanğında xəsarət alan yoxdur. Buşer əyalətinin fövqəladə hallar xidmətinin əməkdaşı bildirib ki, yanğın yatağın ərazisindəki qaz tullantıları anbarında baş verib və alovun komleksdəki digər obyektlərə keçmə təhlükəsi yoxdur.
 
Qeyd edək ki, Cənubi Pars yatağı Fars körfəzinin mərkəzi hissəsində yerləşən ən iri qaz yatağıdır. Yatağın ümumi qaz ehtiyatı 12 trilyon kubmetrdir.
 
 

Google+ WhatsApp ok.ru