İranın Hürmüzqan əyalətində zəlzələ baş verib

İranın cənubundakı Hürmüzqan əyalətinin mərkəzi Bəndər Abbas şəhərində zəlzələ baş verib.

Maide.az-;n məlumatına görə, Tehran universiteti Seismologiya mərkəzi zəlzələnin 5 bal gücündə və  yerli vaxtla saat 23:41-də olduğunu bildirib.

Zəlzələnin episentrinin şəhərin 31 km cənubu olduğu, 8 km dərinlikdə olduğu qeyd edilib.

İran Qızılaypara cəmiyyətinin əyalət üzrə prezidenti rəsmi “İRNA” agentliyinə verdiyi məlumatda dağıntı və insan tələfatı barədə mərkəzə məlumat daxil olmadığını bildirib.

Bildirilir ki, təxminən 8 saniyə davam edən yeraltı təkanlar sakinlər arasında təşvişə səbəb olub və bir çox insan qorxu ilə küçəyə qaçıb.

 

Qeyd edək ki, ötən axşamdan indiyədək daha 8 zəlzələ Bəndər Abbas şəhərində qeydə alınıb.  /

Google+ WhatsApp ok.ru