İranın nüfuzlu azərbaycanlı din alimi Gürcüstan Patriarxı ilə görüşdü - FOTO 20 Mart 2017 02:00 Dünya İranın nüfuzlu azərbaycanlı din alimi, Tehranın imam cümələrindən olan Ayətullah Kazim Siddiqi Gürcüstan Patriarxı II İlya ilə görüşüb Maide.Az xəbər verir ki, neçə gündür Gürüstanda səfərdə olan Tehranın imam cüməsi Ayətullah Kazim Siddiqi və nümayəndə heyəti, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, müfti Hacı Beqlar Kamaşidze, Hacı Yasin Əliyev və ruhanilərdən ibarət heyətlə birlikdə bu gün Gürcüstan Patriarxı II İlyanın dəvəti ilə Patrirxlıq iqamətgahında görüş keçirilib. Görüşdə dini şəxsiyyətlər bildirdilər ki, belə görüşlərin şübhəsiz müsəlman və xristian xalqları arasında dostluğu və qardaşlığa, ölkələr arasında əlaqələrinin inkişafı üçün çox dəyərli töhfə verəcəyini bildirdilər. Bir saat müddətində keçən görüşdə Gürcüstan Patriarxı II İlya və Ayətullah Siddiqi sözlərində dinlərarası dialoqun vacibliyindən, dinlərin dostluq, qarşılıqlı hörmət və tolerant şəraitində yaşamalarının önəmindən danışdılar. Onlar qeyd etdilər ki, dünyada yaşanan terror hadisələrinin coğrafiyası olmadığı kimi dini də yoxdur. Bütün sülh və barışa səsləyən ilahi dinlər ekstremizmi lənətləyir. Buna görə də bu kimi problemlərin və ümumiyyətlə dini sahədə bir çox məsələlərin həllində müxtəlif dini icma rəhbərlərinin birgə sülh və barış sahəsində çalışmalıdırlar. Sonda Ayətullah Kazim Siddiq və Gürcüstan Patriarxı II İlya biri-birilərinə hədiyyələr təqdim edib uğurlar dilədilər. Teqlər : #İranın nüfuzlu azərbaycanlı din alimi Gürcüstan Patriarxı ilə görüşdü FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tbilisidə `Sağlam ailə və sağlam cəmiyyət” mövsuzunda elmi konfrans keçirilib - FOTO Peruda daşqınlar nəticəsində ölənlərin sayı 78-ə çatıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO