İranın paytaxtı Tehranda baş vermiş zəlzələdə 2 nəfər ölüb

İranın paytaxtı Tehranda baş vermiş zəlzələdə 2 nəfər ölüb

-- 117 nəfər yaralanıb

İranda zəlzələ nəticəsində 2 nəfər ölüb, 117 nəfər  yaralanıb
 
Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki, ötən gecə İran paytaxtı yaxınlığında baş verən zəlzələ nəticəsində ən azı 2 nəfər ölüb, 117 nəfər yaralanıb. 
 
5,2 bal gücündə olan  zəlzələ Kərəc şəhərindən 17 km aralıda, Tehranın Şimal qərbində baş vermişdir.  Zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.  Zəlzələ  paytaxt Tehranla yanaşı Əlborz, Qəzvin, Qum, Gilan və Mərkəzi əyalətlərində də hiss olunub. 
 
Qeyd edək ki, zəlzələ nəticəsində ölənlərin biri zəlzələdən qorxmuş hamilə qadındır.
 

Google+ WhatsApp ok.ru