KİV: Mosulun İŞİD-dən təmizləməsi uğrunda gedən döyüşlərdə 9 mindən çox insan ölüb

KİV: Mosulun İŞİD-dən təmizləməsi uğrunda gedən döyüşlərdə 9 mindən çox insan ölüb

-- Ölənlərdən 4 mini mülki şəxslərdir

Mosulun azad olunması uğrunda aparılan hərbi əməliyyatlar zamanı  9 mindən çox insan həyatını itirib. 
 
Maide.Az “islam-today”-a istinadən xəbər verir ki, yerli  KİV-lər  könüllülər və ölüxana işçilərinə istinadən məlumat  yayıb ki, əməliyyatlar zamanı ölənlərin əksəriyyəti mülkü şəxslərdir. (4000 nəfər) Bu rəqəm bundan əvvəl göstərilən rəqəmdən on dəfə artıqdır. 
 
İraq hökuməti və ABŞ-ın başçılıq etdiyi koalisiya bu məlumatı təsdiqləməyib. 
 
Məlumatda qeyd olunur ki, koalisiyanın  hava hücumları nəticəsində 3 mindən çox insan ölüb.  Elə bu qədər də İraqlı İŞID-lə müharibədə atışma zamanı həyatını itirib. 
 
Qeyd edək ki,  2014-ci ildən bəri Mosul şəhəri İŞID-ın paytaxtı sayılırdı. Mosulun azadlığı uğrunda başlayan əməliyyat 24.03.2016 da başlamış və 09.07.2017-ə qədər davam etmişdir.

Google+ WhatsApp ok.ru