İranın Suriyadakı terrorçulara qarşı öz ərazisindən raket hücumu – VİDEO

İranın Suriyadakı terrorçulara qarşı öz ərazisindən raket hücumu – VİDEO

İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) Hava Hücumundan Müdafiə qüvvələri Suriyadakı terrorçuların bazalarına raket zərbəsi endirib. 
 
Maide.Az xəbər verir ki, SEPAH yayımladığı məlumatda bildirir ki, zərbə ortamənzilli ballistik raketləri ilə Suriyanın şərq hissəsində yerləşən Deyr-əz-Zor əyalətindəki terror "yuvalarına" endirilib. Bu addım "terrorçuların Tehran hücumuna cavab olaraq atılıb".
 
Hücum zamanı İranın Kirmanşah və Kürdistan əyalətlərindəki bazalarından terrorçuların Suriya ərazisindəki bazalarına bir neçə ortamənzilli yer-yer raketlərlə zərbələr endirilib. 
 
SEPAH elan edib ki, hücum zamanı çox sayda terrorçu məhv edilib və onların texnikaları dağıdılıb. 
 
İran saytı bu xəbəri "intiqam alındı" və "möhkəm sillələr" başlığı ilə paylaşıb.
 
Məlumatda həmçinin bildirilir ki, bu addım cəza məqsədi ilə açıq mesajdır. İslam İnqilabı Keşikçilər Korpusu təkfirçi terrorçulara, onların regionda və regiondan kənar dəstəkləyicilərinə xəbərdarlıq edir. İran xalqına qarşı pis işlərini davam etdirsələr, İnqilab mühafizəçilərinin alovlu intiqam qəzəbi onlara cavab olacaq. (tasnim) 

Google+ WhatsApp ok.ru