İran Omana 10 milyard kubmetr qaz ixrac edəcək

İran və Oman arasında qaz boru kəmərinin tikintisi ilə bağlı razılığa gəliblər. Bu qaz kəmərinin  tikilməsi ilə ildə 10 milyard kubmetr qaz İrandan Omana ixrac olunacaq. Bunu İranın neft naziri Bijən Namdar Zəngənə deyib. 
Maide.az xəbər verir ki, B.Namdar Zəngənə deyib ki, bu qaz kəmərini İranlı şirkət tikəcək. “Qaz kəməri dənizin altı ilə Omana çəkiləcək. Hazırda layihənin icrası ilə bağlı müzakirələr yekunlaşıb və tezliklə icrasına başlanılacaq”. 
İranın neft naziri həmçinin deyib ki, iki ölkə razılaşıb ki, İran qazı Omanda maye qaza çevrilərək ixrac olunacaq. 
B.Namdar Zəngənə Omana ixrac olunacaq qazın 1.5 – 2 milyard dollar dəyərində olacağını proqnozlaşdırıb.  /
 

Google+ WhatsApp ok.ru