İran Parlamentinə yenidən spiker seçilib

İran Parlamentinə yenidən spiker seçilib

İran Parlamentində spiker və Rəyasət Heyəti seçkiləri keçirilib. Parlamentə Əli Laricani yenidən spiker seçilib.
 
Maide.Az xəbər verir ki, Ə.Laricani 268 səsdən 204-nün "müsbət" rəyi ilə ikinci il üçün 10-cu çağırış Parlamentin spikeri olub.
 
İran Parlamentinin daxili əsasnaməsinə əsasən, Parlamentin spikeri və Rəyasət Heyəti üzvləri hər il Parlament nümayəndələri tərəfindən seçilməlidir.
 
Əli Laricani artıq 10 ildir ki, İranda parlament spikeri vəzifəsini daşıyır. (tasnimnews)

Google+ WhatsApp ok.ru