Əfqanıstandakı partlayışda ölənlərin sayı 90 nəfərə çatıb -FOTO/VİDEO - YENİLƏNİB 2

Əfqanıstandakı partlayışda ölənlərin sayı 90 nəfərə çatıb -FOTO/VİDEO - YENİLƏNİB 2

13:30
 
Əfqanıstanın paytaxtı Kabildə törədilmiş partlayış nəticəsində itkilərin sayı artıb.
 
Maide.Az xəbər verir ki, hadisə nəticəsində azı 90 nəfər həlak olub, 380 nəfər yaralanlb.
 
Qeyd edək ki, partlayış səhər saatlarında Kabilin diplomatik missiyalar yerləşən bölgəsində törədilib. Partlayış nəticəsində Almaniya, Fransa, Misir və İran səfirliklərinin binalarına ziyan dəyib.
 
Yaralananlar arasında səfirliklərin də əməkdaşları olub.
 
11:28
 
Maide.Az xəbər verir ki,  ƏFqanıstan Səhiyyə Nazirliyi  elan edib ki,  baş vermiş partlayış nəticəsində 80 nəfər həlak olub, 350 nəfərdən çox insan yaralanıb. 
 
***
 
Əfqanıstanın paytaxtı Kabul şəhərində güclü partlayış baş verib.
 
Maide.Az Əfqanıstan KİV-lərinə istinadən xəbər verir ki, partlayış nəticəsində ilkin məlumata görə, 60 nəfər həlak olub, 300-dən çox insan yaralanıb. 
 
Partlayış bu gün Kabul şəhərində prezident iqamətgahı və xarici səfirliklər binalarının yaxınlığında baş verib. 
 
Beynəlxalq KİV-lər bildirir ki, partlayış bir neçə səfirliyin binasının yanında, o cümlədən İran və Almaniya səfirliklərinin yaxınlığında baş verib. 
 
İran mətbuatı bu ölkənin Kabildəki səfirnin yaşadığı yerə partlayış nəticəsində çoxlu ziyan dəydiyini bildirib. 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru