İran parlamentində rekord sayda qadın

Maide.Az xəbər verir ki, İran İslam Respublikasının prezidenti Həsən Ruhani ölkə parlamentinə rekord sayda qadın seçilməsini alqışlayaraq, bunları deyib:
 
“İlk dəfə olaraq, parlamentimizdə 18 qadın var. Bu rekord say bizi xeyli xoşbəxt edir. Bundan sonra sonra siyasətə çox saylı qadının da qoşulacağına ümid edirik."
 
Aprelin 29-da onuncu dövr parlament seçkilərini ikinci raundunda 4 qadın da seçilərək, ümumilikdə, qadın deputatların sayını 18-ə çatırıb. Onu da vurğulayaq ki, 18 qadın deputat ya Rohani-nin islahatçı fraksiyasının üzvüdür, yaxud da seçkiyə müstəqil qatılıb. Mühafizəkar xətt tərəfdarı olan qadınlardan parlamentə seçilən olmayıb.
 
Qeyd edək ki, bundan öncəki (5-ci dövür) parlament seçkilərində qadınların rekord sayı 14-ə bərabər idi. /
 

Google+ WhatsApp ok.ru