Məkkədə avtobuslar yandırılıb

Yerli media xəbərlərində avtobuslar aylardır maaşlarını ala bilməyən fəhlələr tərəfindən yandırıldığı ehtimal olunur.

Maide.Az Azadlıq.org-a istinadən xəbər verir ki, Səudiyyədə hakimiyyət orqanları Bin Laden ailəsinə məxsus şirkətin 7 avtobusunun yanması ilə bağlı araşdırmaya başlayıb. Şirkətə məxsus minik avtomobillərinin pəncərələri də sınıq-sınıq edilib. Səudiyyə polisinin sözçüsü Nayaf Sharif yanğın basqının işçilərin yaşadıqları ərazidə baş verdiyini təsdiq edib. O hadisə zamanı heç kəsin xəsarət almadığını bildirib.

Hadisəyə səbəb kimi, ölkənin ən böyük şirkətlərindən biri olan Bin Laden Group-un iqtisadi böhranla bağlı 200 min işçisindən 50 minini ixtisar etməsi göstərilir. İşdən çıxan fəhlələr azı dörd aydır ki, maaşlarını ala bilmirlər.

Maraq üçün onu da qeyd edək ki, ötən il Bin Laden şirkətinin kranı Böyük Məsçidin üstünə yıxılmışdı. /

 

Google+ WhatsApp ok.ru