İran prezidenti və İtaliya baş nazirinin birgə mətbuat konfransı

İran prezidenti  Həsən Ruhani bu gün  Tehranda  İtalyanın baş naziri Mateo Rentsi ilə keçirdiyi birgə mətbuat konfransında Qərbdə cərəyan edən islamofobiya siyasətini tənqid edib və bildirib ki. İslam terrorizm ilə hüç bir əlaqəsi yoxdur və səmavi dinlər dünyaya sülh və dostluq mesajı gətiriblər.
 
Maide.az xəbər verir ki, Həsən Ruhani bildirib ki,İran və İtaliya rəsmilərinin 3 aydan az bir müddət ərzində qarşılıqlı şəkildə baş tutan səfərləri iqtisadi, elmi və mədəni əlaqələrin inkişafı üçün bir nümunədir.
 
H.Ruhani İran və 5+1 qrupu arasındakı nüvə müzakirələrinə də toxunub və deyib ki,bu müzakirələrdə İtaliya iştirak etməsə də, italiyalı Federika Moqerininin Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi seçilməsi ilə, İtaliya bu müzakirələrdə üzərinə düşən rolu tam uğurla yerinə yetirmiş oldu. "İran və İtaliya terrorizm ilə mübarizə habelə, Suriya və Yəmən xalqlarına humanitar yardımlarına göstərilməsi məsələlərinə də təkid edirlər."
 
İtaliya baş naziri Mateo Rentsi də mətbuat konfransında deyib: İtaliya İrana qarşı sanksiyaların tam şəkildə ləğv edilməsinə və iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin sağlam atmosferdə inkişaf etdirilməsinə dəstək verməyə çalışır.
 

Google+ WhatsApp ok.ru