İran Rusiyaya ərzaq məhsullarının ixracını artırıb

İran Rusiyaya ərzaq məhsullarının ixracını artırıb

İran Rusiyaya ərzaq məhsullarının ixracını artırıb.
 
İranın Ərzaq məhsulları istehsalçıları korporasiyasının İdarə Heyətinin sədri Mehdi Təfərrüşi bildirib ki, razılığa əsasən İrandan Rusiyaya ərzaq məhsulları ixracının həcmi iki dəfə artırılaraq 4 milyard dollara çatdırılacaq.
 
Hökumət tərəfindən ərzaq məhsulları ixracatçıları üçün bir sıra güzəşt tətbiq edildiyini deyən M. Təfərrüşi bildirib ki, onlardan biri gömrük rüsumlarının dəyişdirilməsidir: “Hökumət hazırda bu istiqamətdə iş aparır. Qonşu ölkələrlə gömrük rüsumlarının azaldılması nəzərdə tutulur”.
 
O qeyd edib ki, müvafiq addım İranın qonşu ölkələrin, o cümlədən Azərbaycanın bazarında rəqabət imkanlarının genişlənməsinə hesablanıb. "Biz hazırda Azərbaycana məhsulları ixrac edirik. İxrac həcmini artırmaq və Türkiyə kimi ölkələrlə rəqabət aparmaq istəyirik".
 
Qeyd edək ki, Tehranda 24-cü "İran Agro Food" sərgisi keçirilir. Sərgi bu gün başa çatacaq. (apa) /

Google+ WhatsApp ok.ru