İran Səudiyyə Ərəbistandan Həcc mərasimi ilə bağlı məktub aldığını və ..

İran Səudiyyə Ərəbistandan Həcc mərasimi ilə bağlı məktub aldığını və ..

Səudiyyə Ərəbistan 2017-ci ilin Həcc mərasimi üçün İrana rəsmi dəvətnamə göndərib və Ərəbistanın həcc məsul şəxsləri ilə danışıqlar aparmaq üçün hazırlıq işləri görülür. Bunu Ali Rəhbər Ayətullah Xameneinin Həcc məsələləri üzrə nümayəndəsi höccətul-islam Seyid Əli Qazi Əskəri deyib. 
 
Maide.Az xəbər verir ki, Seyid Əli Qazi Əskər deyib ki, bu ilin dəvətnaməsi öncəki illər ilə müqayisədə çox fərqli bir tonda yazılmışdı və İİR-nın Həcc mərasimi üçün nəzərdə tutduğu şərtlər əsasında bu məktubun cavabı yaxın günlərdə veriləcək.
 
Qeyd edək ki, bir neçə gün öncə Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə Nazirliyi elan etmişdi ki, İranın Həcc və Ziyarət Təşkilatının nümayəndə heyətini gələn ilin həcc mərasiminin təşkilatçılığı və necə keçirilməsi ilə bağlı danışıqlar aparmaq məqsədilə Səudiyyəyə dəvət edib. 
 
Xatırladaq ki, 2015-ci ildə Minada baş verən faciə zamanı çox sayda iranlılın şəhid olmasının ardınca İranın Həcc və Ziyarət Təşkilatı 2016-cı ildə həcc mövsümündə iranlı hacıların təhlükəsizliyi və sağlamlığı ilə bağlı rəsmi Riyaddan zəmanət tələb etdi ki, bu tələb Səudiyyə Ərəbistanı rəsmiləri tərəfindən qəbul olunmadı. Bunun ardınca İran 2016-cı ildə Həcc ziyarətinə zəvvar göndərmədi. Lakin buna baxmayaraq bir neçə ay öncə İranın Həcc və Ziyarət təşkilatının rəsmisi bildirmişdi ki, 2017-ci ildə Həcc mövsümündə iranlı zəvvarların həccə göndərilməsi ilə bağlı Səudiyyə Ərəbistanı ilə danışıqlar aparmağa hazırıq və çalışmalarımız davam edir.  
 

Google+ WhatsApp ok.ru