İran Silahlı Qüvvələri İraqla sərhəddə 15 batalyon yerləşidirib

İran Silahlı Qüvvələrinin Xudabəndəlu adına 33-cü artireliya qüvvələrinin 15 batalyonu ölkənin qərbində İraqla sərhəddə yerləşdirib. Bunu Xudabəndəlu adına 33-cü artireliya qüvvələrinin komandiri Möhsin Azərəfruz deyib. 
Maide.az-ın İSNA-ya istinadən məlumatına görə, M. Azərəfruz deyib ki, artirelya qüvvələri İraqla sərhəddə yerləşdiriləndən sonra İŞİD terror qruplaşmsı İraqda onlar üçün təyin olunmuş qırmızı xəttdən uzaqlaşdılar. 
Qeyd edək ki, İran Silahlı Qüvvələri Quru Qoşunlarının komandiri, briqada generalı Əhmədrza Purdəstan demişdi ki, İraq torpağının içərisində İran sərhədinə 40 kilometr məsafədə terrorçu qruplar üçün qırmızı xətt çəkmişik və onlar bu xətti keçərsə,İran ordusu onları məhv edəcək. /
 

Google+ WhatsApp ok.ru