Qətliamı törədən Amedi Kulibali Fransa prezidenti Sarkozinin əlini sıxıbmış

Fransada baş vermiş qətliam barədə müzakirələr hələ də davam edir. Hər gün hadisə və onun iştirakçıları barədə yeni məlumatlar yayılır. 
 
Maide.az xəbər verir ki, bir neçə gün əvvəl hansısa bir düşərgədə təlim keçərkən şəkilləri yayılmış Amedi Kulibali barədə bu gün fransalı bloggerlər sosial şəbəkələrdə maraqlı fotoşəkil yayıblar. Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin gələcək terrorçu Amedi Kulibali ilə necə görüşdüyünü və onun əlini sıxdığını göstərən fotoşəkil 2009-cu ildə  Yelisey sarayında çəkilib.
 
Qeyd edək ki, yanvarın 9-da Parisdə baş vermiş terror hadisələri zamanı bir qadın polis əməkdaşını və Port-Vinsendə 4 girovu qətlə yetirmiş Amedi Kulibali Fransanın o zamankı prezidenti ilə “problemli gəncliyin nümayəndəsi” kimi görüşübmüş.

Google+ WhatsApp ok.ru