İran, Suriya və Rusiya birgə hərəkət plan işlədilər - DETALLAR

Suriya, Rusiya, İran və Hizbullah qüvvələri arasında Suriyada aparılan hərbi əməkdaşlığın detalları ilə bağlı yeni bir iddia gündəmə gəlib. Küveytin "Əl-Rai"yə danışan və adı açıqlanmayan yüksək çinli Suriyalı mənbə, İran Xüsusi Qüvvələrinin bu həftə Rusiya və Hizbullah qüvvələrinə qatılmaq üçün Dəməşqə çatdığını deyib.
 
REGİONLAR VƏ VƏZİFƏLƏR BÖLÜŞDÜRÜLÜB
 
Maide.az xəbər verir ki, qaynağın verdiyi məlumata görə Rusiya Lazkiyə, Hama və Hələb bölgəsində, İran Dəməşq, Dəra, Kuneytra və Golanda, Hizbullaha bağlı qüvvələr də Əl-Qaidə və İŞİD-lə müharibənin davam etdiyi cəbhələrdə vəzifə alacaq. Mənbə, Hizbullahın ilk dəfə bir tank birliyi də qurduğunu söyləyib.
 
İran və Rusiyanın Suriyaya xüsusi birliklərini göndərdiyini bildirən mənbə, ortaq əməliyyat otağı qurulduğunu, vəzifələrin və vəzifə regionlarının bölüşdürüldüyünü deyib. "Əl-Rai"yə danışan suriyalı mənbə, "Rusiya raket qoşunları 240 və 330 mm-lik raketlərlə birlikdə vəzifə yerinə göndərilib. Bu birliklər Rusiya döyüş təyyarələri ilə yanaşı işləyəcək və quru qoşunlarının irəliləməsinə dəstək olacaq", - deyə danışıb.
 
HİZBULLAH TANK BİRLİYİ QURUB
 
Hizbullahın Homsda yerləşən mövqelərdən çəkiləcəyini açıqlayan mənbə, Hizbullah könüllülərinin "Əl-Qaidə" və İŞİD terrorçuları ilə qızğın qarşıdurmanın davam etdiyi cəbhələrdə vəzifə alacağını açıqlayıb. "Əl-Rai"nin xəbərinə görə, Suriya ordusu Hizbullaha 75 ədəd T-72 və T-55 tankı verib.
 
İRANLI ZABİTLƏR ÇƏRŞƏNBƏ GÜNÜ GƏLDİ
 
Mənbə 100 iranlı zabitin ötən həftənin çərşənbə günü Dəməşqə çatdığını da sözlərinə əlavə edib. İranın İnqilab Qvardiyasının bəzi qüvvələri Suriyaya göndərəcəyini deyən mənbə, qərarın Qüds Briqada komandiri general Qasim Süleymaninin Moskvaya etdiyi səfərdən sonra verildiyini deyib.
 
BİRBAŞA MÜDAXİLƏ QƏRARINA TÜRKİYƏNİN ADDIMLARI SƏBƏB OLUB
 
"Əl-Rai"nin yazdığına görə, mənbə sözlərini belə davam edib: "Birbaşa Rusiya müdaxiləsi və Rusiyanın Suriya müharibəsinə qoşulmaq qərarı, Türkiyənin "Əl-Qaidə"yə baza və dəstək verməsi, müttəfiqlərinin Suriyanın Kəsəb, daha sonra da İdlib şəhərlərinə daxil olması elan edilməmiş "qırmızı xətlər"i pozmasından sonra alınıb. Rusiya bu addımla milli maraqların təhdid edildiyinə qərar verib. İdlibin işğalı Suriyada müharibənin nisbətini dəyişdirdi. Rusiya və İran Türkiyəni bu cür dəstəyin ciddi nəticələri olacağı və İran və Rusiyanın milli təhlükəsizliyinin təhlükəyə atıldığı barədə xəbərdarlıq etdilər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hadisələrə verilən reaksiyanı və Rusiya ilə İranın birbaşa müdaxiləsini görəndə, Əsədin Suriyanın gələcəyinin bir hissəsi olduğunu elan etdi. Bu, düzəldilməsi məcbur olan strateji səhv üçün gec səsləndirilən bir növ üzr kimi dəyərləndirilə bilər. 

Google+ WhatsApp ok.ru