İranı Suriyaya buraxmayan İsrail rejimi indi İranı Suriyadan çıxarmaq istəyir

İranı Suriyaya buraxmayan İsrail rejimi indi İranı Suriyadan çıxarmaq istəyir

Suriyaya müharibənin başlamasından etibarən Livanın Hizbullah qüvvələrinə yardımları dayandırmaq və İranın qarşısını almaq səbəbi ilə hücum edən İsrail rejimindən, İranı “Suriyadan çıxarana qədər dayanmayacağıq” bəyanatı gəlib.
 
Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, sionist rejimin qurulmasının 72-ci illiyi münasibətilə açıqlama verən müdafiə naziri Naftali Bennett, İsrail rejiminin təhlükəsizliyini başqalarına əmanət etməyəcəyini söyləyib.
 
Strateji dəyişikliyə getdikləri barədə mesaj verən Bennett, belə deyib: “İranın Suriyaya yerləşməsinə mane olmaqdan Suriyadan çıxmağa məcbur etməyə keçdik və dayanmayacağıq. Hərəkət etmədən, strateji təhdidlərin sərhədlərimizdə artmasına imkan verməyəcəyik. Düşmən ərazisində mübarizəni davam etdirəcəyik”.
 
Bu açıqlamadan 48 saat əvvəl İsrail rejiminin Hərbi Hava Qüvvələri Livanın hava məkanını pozmuş və Suriyanın paytaxtı Dəməşqin cənubunda bir hava zərbəsi endirmişdi. Suriyanın rəsmi xəbər agentliyi SANA-nın verdiyi məlumata görə, bu hücumda 3 dinc sakin həlak olmuş, 4 nəfər də yaralanmışdı.
 
Suriyanın hərbi mənbələrinə görə, İsrail rejimi tərəfindən atılan 8 raketdən 5-i Suriyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmuş, 3-ü Seyyidə Zeynəb rayonuna düşmüşdü.
 
Bu İsrail rejiminin aprel ayında Suriyaya ikinci hava hücumu idi.
 

Google+ WhatsApp ok.ru