İran, Türkmənistan və Qazaxıstan vahid tranzit taarifinə keçir

İran, Türkmənistan və Qazaxıstan vahid tranzit taarifinə keçidlə bağlı iclas keçirir.
 
Maide.az xəbər verir ki, İranın Dəmir Yolları İdarəsinin rəis müavini Hüseyn Aşuri deyib ki,  İran, Türkmənistan və Qazaxıstan dəmir yolu şirkətlərinin rəisləri üçtərəfli iclasda Çin-İran dəmiryolu marşrutunda vahid tranzit taarifinin təyin edilməsi məsələsini araşdırır.
 
H.Aşuri əlavə edib ki, bundan öncə, 2015-ci ildə əldə olunmuş üçtərəfli anlaşma əsasənda qeyd olunan marşrut ilə yüklərin daşınması vahid taarifə malikdir.
 
İran rəsmisi həmçinin deyib ki,  "İncə Burun" dəmir yolu xəttinin istifadəyə verilməsiilə Türkimənistan və Qazaxıstan dəmir yolları şirkətlərinin rəisləri ilə davamlı olaraq iclaslar keçirilib. Bu iclaslarda məqsəd, bu dəmir yolu üçün vahid tranzit taarifinin təyin edilməsi olub. Yaxın vaxtlarda dəmir yolu ilə yüklərin vahid taarif əsasında tranzit ediləcəyi gözlənilir.
 
Çinin şimal-qərbində yerləşən müsəlman sakinli Sin Cyanq məntəqəsindən hərəkət edən ilk 32 vaqonluq yük qatarı Qazaxıstan və Türkmənistandan keçdikdən sonra, 18 gün öncə İrana daxil olub. /
 

Google+ WhatsApp ok.ru