İran və Bəhreyn arasında münasibətlər gərginləşdi

Bəhreyn XİN-i Tehrandakı səfiri Rəşid Saad ad Dousarini geri çağırılmasına qərar verib.
 
Maide.az xəbər verir ki, İranın Bəhreyndəki müvəqqəti işlər vəkili Məhəmməd Rza Babaini də “persona non qrata” elan edilib və ona 72 saat vaxt verilib.
 
Bəhreyn hökuməti iddia edir ki, İran onların daxili işlərinə qarışır. Amma İran rəhbərliyi dəfələrlə bəyan edib ki, onlar Bəhreynin daxili işlərinə qarışmır və belə bir fikirləri olarsa, Bəhreyndə vəziyyət başqa cür olardı. 
 
Bəhreyn polisi isə hər zaman olduğu kimi yenə dünən ölkə müxaliflərini sıxışdırmaq məqsədi ilə əməliyyat keçirib və müxaliflərin toplaşdığı tikilidə silah anbarı tapdığını iddia edib. Keçirilən əməliyyatdan sonra daha bir neçə müxalif fəal saxlanılıb. Saxlanılanlar İran və “Hizbullah” hərəkatı ilə sıx əlaqədə ittiham olunub.

Google+ WhatsApp ok.ru