ABŞ-da baş vermiş növbəti atışma nəticəsində 3 nəfər ölüb

ABŞ-ın Florida ştatının İnglis şəhərində baş vermiş atışma nəticəsində 3 nəfər ölüb, qatil özünə atəş açaraq intihar edib.
 
Bu barədə Fox 13 telekanalı məlumat yayıb.
 
Gecə 03.10 radələrində polisə  şəhər administrasiyası binasının yaxınlığında yerləşən yaşayış evlərinin birində atışma  barədə məlumat daxil olub. Bir qadın və bir kişi hadisə yerində keçinib, daha bir nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Polis hadisə yerində həmçinin  özünə atəş açaraq intihar etmiş cinayətkarın cəsədini də aşkarlayıb. 

Google+ WhatsApp ok.ru