İran və Səudiyyə Ərəbistan razılaşarsa, 80 min iranlı ziyarətə gedəcək

İran və Səudiyyə Ərəbistan razılaşarsa, 80 min iranlı ziyarətə gedəcək

Əgər lazımi şərait yaranarsa qarşıdan gələn həcc mövsümündə İrandan hacıların iştirakında hamı maraqlıdır və bu il İrandan həccə 80 min zəvvarın göndərilməsi üçün hazırlıqlı olmalıdır. Bu sözləri Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin Həcc və Ziyarətlər üzrə nümayəndəsi Höccətül-İslam Seyyid Əli Qazi Əskər deyib. 
 
Maide.Az xəbər verir ki, Ə.Qazi Əskər deyib ki, İran Səudiyyə Ərəbistanın Həcc Nazirliyinin dəvətnaməsinə cavab verib. “Səudiyyə Ərəbistan elan edib ki, ölkələrin həcc kvotası ötən illərlə müqayisədə artırılacaq.Bunun üçün ölkədəki bütün aidiyyatı qurumlar  təqribən 80 min zəvvarın bu ilki həccə göndərilməsi üçün lazimi hazırlıqları görsünlər”.
 
O deyib ki, İranın islami irşad və mədəniyyət naziri Salehi Əmiri Səudiyyə Ərəbistanın həcc nazirinin məktubunu cavablandırıb və İranın mövqeyini və istəklərini bəyan edib. “Ümid edirik danışıqlar müsbət nəticələnəcək və iranlı zəvvarların həcc ziyarəti üçün şərait yaranacaq”.

Google+ WhatsApp ok.ru