İran və Səudiyyə Ərəbistan Həcc məsələsində razılaşdı 17 Mart 2017 02:00 Dünya Səudiyyə Ərəbistanın Həcc və Ümrə Nazirliyi elan edib ki, İranın Həcc və Ziyarət Təşkilatı ilə iranlıların cari ilin Həcc mövsümündə ziyarətdə iştirak etməsi ilə bağlı razılıq əldə olunub. Maide.Az xəbər verir ki, Səudiyyə Ərəbistanın “SPA” agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanın Həcc və Ümrə Nazirliyi bu gün bəyanat yayaraq bildirib ki, iranlı hacıların qarşıdan gələn Həcc mövsümündə ziyarətə qatılması üçün lazimi addımlar atılıb. Bəyanatda bildirilir ki, hər bir məzhəb və milliyyətdən olmasından asılı olmayaraq dünyanın müxətlif ölkələrindən bütün hacıların, Ümrə ziyarətçilərin və digər zəvvarların təhlükəsizliyini və asayişini təmin etmək üçün ölkəmizin (Səudiyyə Ərəbistanın) bütün maddi və insani güc və ehtiyatından istifadə edəcəyik. Qeyd edək ki, 2015-ci ilin Həcc ziyarəti zamanı yaşanan faciəvi insidentdən sonra rəsmi Tehran vətəndaşlarına Məkkəyə getməyi qadağan edib. Həmin il Mina faciəsində 466 iranlı zəvvar həyatını itirib. Teqlər : #İran və Səudiyyə Ərəbistan Həcc məsələsində razılaşdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Suriya işğalçı İsrail rejiminin 2 təyyarəsini vurub - YENİLƏNİB Trampın yeni viza qadağası Nyu York və Çikaqoda etirazlar doğurdu
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO