İran xalqının son iğtişaşları pisləmək məqsədi ilə izdihamlı yürüşü - VİDEO/FOTO 03 Yanvar 2018 02:00 Dünya -- Paytaxt Tehranda əhali cümə günü yürüş keçirəcək İranın müxtəlif şəhərlərində ölkədə baş verən son iğtişaşların pislənilməsi məqsədi ilə geniş miqyaslı və izdihamlı mitinqlər keçirilir. Maide.Az “iribnews”-a istinadən xəbər verir ki, bu gün İranın Əlborz, Xuzistan, Kirmanşah, İsfahan, Hörmüzqan, Həmədan, Ərak, Lorestan, Şimali Xorasan, Qum və Gülüstan əyalətlərində iğtişaşçılar və təxribatçıların son günlər törətdiyi cinayətlərin pislənilməsi və əcnəbi ölkələrin İranın daxili işinə müdaxiləsinin pislənilməsi məqsədilə izdihamlı yürüşlər keçirilir. Etiraz yürüşündə iştirak edənlər "Amerikaya ölüm", "Fitnə yaradanlara ölüm" və "İsrailə ölüm" şüarları səsləndirib. Xalq son günlər iğtişaş yaradanların cəzalandırılmasımı tələb edib. Məlumatda qeyd olunur ki, paytaxt Tehran əyalətində də cümə günü cümə namazını qıldıqdan sonra iğtişaşçıların son hərəkətini pisləmək istiqamətində yürüş keçirəcək. Qeyd edək ki, ötən həftə cümə axşamı günündən İranın bir neçə şəhərində bəzi sakinlər aksiyalar keçirməklə və şüarlar verməklə maliyyə müəssisələrinin iflasa uğrayanlarının vəziyyətinin müəyyənləşməməsi, bəzi məhsulların bahalaşması və hökumətin nəzarətinin zəifliyinə etiraz ediblər. Bu aksiyalardan bəzisi iğtişaşçılar və təxribatçılar tərəfindən gərginliyə səbəb olub. Teqlər : #İran xalqının son iğtişaşları pisləmək məqsədi ilə izdihamlı yürüşü VİDEO/FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Papa Fransisk miqrantlar ilə münasibətdə sülhə və onlara qarşı anlayışlı olmağa çağırıb Sibirdə yol qəzasında azı 10 nəfər ölüb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO