İran xarici işlər naziri tarixi bəyanata imza atmaq üçün Vyanaya gedib

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “altılıq” ölkələri ilə birgə bəyanatla çıxış etmək üçün Vyanaya yola düşüb.
 
Maide.az "Mehrnews"a istinadən xəbər verir ki, naziri İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi müşayiət edir.
 
Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin İran nüvə proqramına dair yekun hesabatı bu gün Vyanada açıqlanmalıdır. Bu hesabat əsasında İran və "altılıq" ölkələri birgə bəyanatla çıxış edəcək. Bəyanatda İrana qarşı sanksiyaların ləğv olunması məsələsi əksini tapacaq.

Google+ WhatsApp ok.ru