Səudiyyə Krallığı bir dəliyə təhvil veriləcək?

Səudiyyə kralı Salmanın taxtını oğlu Məhəmmədə təhvil verməyə hazırlaşdığı xәbәri yayılıb. Deyerler.org Sol-a istinadən xəbər verir ki, Məhəmməd bin Salman Yəmən işğalının və bölgədə son dövrlərdə artan Səudiyyə təcavüzkarlığının memarı kimi tanınır.
 
Gulf institutu tərəfindən irəli sürülən iddiaya əsasən, Kral Salman oğlu ikinci vəliəhd Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Əl-Səudu krallığa hazırlayır.
 
Xəbərdə 80 yaşlı Salmanın qardaşlarına baş çəkərək, bu addımına dəstək axtardığı bildirilib. Çünki, Məhəmməd taxtın növbədə olan varisi deyil.
 
İlk növbədə hazırda daxili işlər naziri də olan, ABŞ tərəfindən dəstəkləndiyi iddia olunan Məhəmməd bin Naif qərar tutub. Normal şəraitdə Kral Salmandan sonra Naif kral olmalıdır.
 
Kral Salman ənənəvi addımların fərqliliyini "Səudiyyə monarxiyasının sabitliyi"nә görә, edəcəyini açıqlayıb.
 
Salman, kral olanda öz oğlu Məhəmməd bin Salman üçün əvvəllər olmayan "ikinci vəliəhdlik" postunu qurmuşdu. Müdafiə naziri Məhəmməd də Naifi səssizcə neytrallaşdıra bilib. Naifin "kokain asılılığı"na görә oğlan övladının olmadığını iddia edən Salman, bu səbəblə krallığın nəsil ağacının dəyişərək, iki oğlan uşağı olan öz oğluna keçməli olduğunu qeyd edib. Salman, bunun üçün İordaniya krallığındakı dəyişikliyi də xatırladıb.
 
Mənbələr Salmanın bu qərarını həyata keçirmək üçün kral ailəsi daxilində milyonlarla dollar xərcləndiyini də bildirib.
 
Məhəmməd bin Salman Səudiyyə Ərəbistanının regionda son dövrlərdə artan gərginliyin, "sünni bloku" xəyalının və Yəmən işğalının memarı kimi tanınır.  İqtisadi cəhətdən çətinliklərlə üzləşən Səudiyyə Ərəbistanında sonuncu özəlləşdirmə qərarlarını da qəbul edən və açıqlayan şəxs də Məhəmməd bin Salman olub.
 
Qərbdəki bəzi mətbuat orqanlarında "Məhəmməd bin Salman dünyanın ən təhlükəli insanıdır?" sualları araşdırılsa da, Alman kəşfiyyat agentliyi BND Məhəmmədi və Səudiyyənin xarici siyasətini sərt şəkildə tənqid etmişdi./
 

Google+ WhatsApp ok.ru