İran XİN:Türkiyə ordusu tez bir zamanda özünün Suriyadakı hərbi əməliyyatlarını dayandırsın

İran XİN:Türkiyə ordusu tez bir zamanda özünün Suriyadakı hərbi əməliyyatlarını dayandırsın

Türkiyə ordusu tez bir zamanda özünün Suriyadakı hərbi əməliyyatlarını dayandırsın.
 
Maide.Az xəbər verir ki, bu sözləri  İranın Xarici İşlər Nazirliyinin sözçüsü  Bəhram Qasimi deyib. 
 
B.Qasimi bütün ölkələrin Suriyanın suverenliyi və ərazi bütövlüyünə hörmət etmələri vacibliyini vurğulayaraq bildirib ki, baxmayaraq ki, terrorizmlə mübarizə , regionun sabitliyi və təhlükəsizliyinin qorunması regionun sülhsevər ölkələrinin xarici siyasətində mühüm və dəyişilməz bir prinsipdir, amma bu məsələ, başqa bir ölkənin suverenliyinə etinasızlıq göstərib, həmin ölkənin mərkəzi dövləti ilə koordinasiya etmədən onun əraizisində hərbi əməliyyat aparmaq və bu ölkənin ərazi bütövlüyünü pozmaq üçün əsas ola bilməz və olmamalıdır da.
 
B.Qasimi deyib ki, terrorizmlə mübarizə prosesində mərkəzi dövlətin qanuni qüdrəti və suverenliyinə kölgə salacaq hər bir addım qəbuledilməzdir. “Türkiyənin Suriyadakı hərbi iştirakının davam etməsi regionun vəziyyətinin daha da mürəkkəbləşməsinə səbəb olacaq.  Suriyanın şimalında döyüşlərin geniş miqyas alması daha çox günahsız insan və dinc sakinlərin ölümü ilə nəticələnir, lazımdır ki, Türkiyə ordusu tez bir zamanda özünün Suriyadakı hərbi əməliyyatlarını dayandırsın”. (irna)
 

Google+ WhatsApp ok.ru