İran XİN rəhbəri: `Nüvə proqramı üzrə razılaşmaya indiki qədər yaxın olmamışıq`

"İranın atom-nüvə proqramı üzrə razılaşmaya heç vaxt belə yaxın olmamışıq".
 
BBC xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmmədcavad Zərif bildirib.
 
ABŞ-ın dövlət katibi Con Kerri isə müəyyən irəliləyişlərin olduğunu etiraf edərək, deyib: "Ancaq qarşıda görüləsi çoxlu işlər var".
 
Qeyd edək ki, İranın atom proqramı üzrə Tehranla "altılıq" (ABŞ, Almaniya, Britanıya, Fransa, Rusiya və Çin) ölkələri təmsilçiləri arasında danışıqlar iyunun 30-da başa çatmalı idi, razılıq əldə etmək üçün tərəflər müzakirələrin müddətini iyulun 7-dək uzadıblar.

Google+ WhatsApp ok.ru