İran XİN rəhbəri: `Bu hücum Səudiyyədən alınan 480 milyard dolların qaymağıdır?`

İran XİN rəhbəri: `Bu hücum Səudiyyədən alınan 480 milyard dolların qaymağıdır?`

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donal Trampın İranla bağlı açıqlamalarına Twitter-dən reaksiya verib.
 
M.C.Zərif mesajında belə qeyd edib: "İran həqiqi bir seçkini hələ yenicə geridə qoyduğu bir vaxt, demokratiyanın və orta yolun beşiyi olan ABŞ prezidenti tərəfindən təcavüzə məruz qalır. Bu təcavüz xarici siyasətdir, yoxsa Səudiyyə Ərəbistanından alınan 480 milyard dolların qaymağıdır?".
 
İranın xarici işlər naziri bir müddət əvvəl verdiyi bəyanatında isə, Trampın Səudiyyə rejiminə ziyarətində həmkarları ilə görüşündə, 11 sentyabra oxşar terror hücumlarından necə yayınmağın məsələsini müzakirə etməli olduğu təklif etmişdir.
 
Zərif açıqlamasında, 11 sentyabr hücumuna Qərb ölkələrindən sponsorluq edildiyini də xatırlatmış və Trampın Səudiyyə rejiminə səfərində bunun təkrarlanmasının qarşısının necə alına biləcəyini danışmalı olduğunu söyləmişdir.
 
Qeyd edək ki, Tramp Səudiyyə rejiminin paytaxtı Ər-Riyaddakı Kral Əbdüləziz Beynəlxalq Sərgi və Konqres Mərkəzində keçirilən ABŞ-Ərəb və İslam ölkələri sammitində etdiyi çıxışında, Suriya prezidenti Bəşər Əsədi İranın dəstəyilə tərif olunmayacaq qədər dəhşətli cinayətlər törətməkdə ittiham edərək belə demişdir: "İran rejimi qlobal terrorizmə başçılıq edir. Regionda dağıntı və xaos yayır". (deyerler)

Google+ WhatsApp ok.ru