İran yəhudiləri: `İsrailin Fələstin xalqına qarşı etdikləri dünyada ən faciəli cinayətdir`

Kəlimilərin (İran yəhudiləri - red.) İran İslam Şurasındakı nümayəndəsi sionist rejimin Fələstin xalqına qarşı cinayətlərini dünyada ən faciəli cinayətlərdən adlandırıb.
 
Maide.az İRNA-ya istinadən xəbər verir ki, bu açıqlama ilə yəhudilərin İran İslam Şurasındakı nümayəndəsi Siyamək Məre Sedq çıxış edib.
 
O, dünya xalqlarının İran kimi Qəzzanın taleyi ilə maraqlanmalı olduğunu deyib:
 
"Bu xərçəng şişi - Qüdsü işğal etmiş rejim bütün səhiyyə - müalicə qurumları üçün dözülməz olub. Müdafiəsiz əhalini qırmaq, xüsusən yaralanıb müalicə edilməkdə olan uşaqların məsələsi dünyada cinayətin ən faciəli növü sayılır".

Google+ WhatsApp ok.ru