`Ermənitstan Silahlı Qüvvələrinin İŞİD terror qruplaşmasından heç bir fərqi yoxdur`

 Əsli olmayan Erməni İddiaları ilə Mübrizə Dərnəyinin (ASİMDER) Mərmərə bölgə rəhbəri Əli Gülbey Azərbaycanın son günlərdə  verdiyi şəhidlər üçün İstanbulda yas mərasimi keçirəcəyini açıqlayıb.
 
Dərnək binasında  çıxış edən  Gülbey erməni vəhşiliyinə lənətləyəcəyklərini bildirib: «Ermənistan Silahlı Qüvvələrinin işğal edərək qətliam törətdiklər  Azərbaycanın Dağlıq Qarabağ torpaqları, daim türk torpağı olaraq qalacaq. Beynəlxalq arenada bəzən bu hadisələr  «Ermənistan-Azərbaycan müharibəsi» kimi  qeyd olunur. O torpaqlar işğal edilib, orada müharibə yox, terror var. Ermənitstan Silahlı Qüvvələrinin İŞİD terror qruplaşmasından heç bir fərqi yoxdur».
 
«Dünya ölkələri,  zorla işğal olunan  Dağlıq Qarabağ torpaqlarını  boşaltmaq əvəzinə, ikinci bir  erməni ölkəsi yaratmaq  xəyalına düşüb. Bu xəyalı həyata keçirmək üçün yenə Azərbaycan əsgərləri şəhid edilir. Dünya bu həyasız və zülmkar dövlətə «dur» deməlidir. Əks halda  Azərbaycanın torpağını  geri almaq üçün  edəcəyi haqlı mübarizədə  heç kim qınamamalıdır» deyə ASİMDER başqanı vurğulayıb.

Google+ WhatsApp ok.ru