İran Yaxın Şərqin əsas `kosmik dövləti`seçilib

İran Yaxın Şərqin əsas `kosmik dövləti`seçilib

İran ən inkişaf etmiş kosmik texnologiyalara malik ölkələrin siyahısına daxil olub.
 
Maide.Az-ın məlumatına görə, bu barədə məlumatı nüfuzlu beynəlxalq təşkilat sayılan The SCIMAGO Journal & Country Rank paylaşıb.
 
Təşkilatın dünya kosmik məkanın öyrənilməsində daha irəli getmiş dünya ölkələrinin reytinqini açıqlayıb.
 
Reytinqə əsasən, bu sahədə Yaxın Şərq dövlətləri arasında birinci yer İrana məxsusdur ki, ümumiyyətlə, bu ölkə dünya siyahısında 11-ci pillədə qərarlaşıb. İslam respublikası Niderland, İsveç, Avstraliya, İspaniya və Yaponiya kimi iqtisadi cəhətdən inkişaf etmiş ölkələri belə geridə qoyub.
 
Qeyd etmək lazımdır ki, artıq neçə illərdi İİR inkişaf etmiş kosmik texnologiyalara malik ölkələrin siyahısındadır. /

Google+ WhatsApp ok.ru