İran yaxınmənzilli iki ballistik raketini sınaqdan keçirib 07 Mart 2017 02:00 Dünya Raketlərin biri martın 4-də, digəri isə ayın 5-də buraxılıb Amerikanın rəsmi şəxslərinin iddiasına görə, İran 4-5 mart tarixlərində SEPAH-ın (İran İnqilabı Keşikçiləri Korpusu) ölkənin cənub-şərqində yerləşən bazasından yaxın mənzilli iki "Fateh-110" ballistik raketini sınaqdan çıxarıb. "Report" xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb. Raketlərdən biri martın 4-də, digəri isə ayın 5-də sınanıb. Onlardan biri hədəfi düzgün nişan alıb, digəri onun yaxınlığına düşüb. "Raketin hərəkət radiusu və onlardan birinin işə yaraması narahatlıq doğurur", - deyə telekanal rəsmi şəxslərdən birinin sözlərini sitat gətirib. Həmçinin qeyd olunur ki, raketlər yeni fəal izləmə qurğusu ilə təchiz edilib ki, bu da suda olan hədəfin tuşlanmasının yaxşılaşdırılması üçün nəzərdə tutulub. Raketlər 300 km. məsafədə olan hədəfi məhv etmək iqtidarındadır. / Teqlər : #İran yaxınmənzilli iki ballistik raketini sınaqdan keçirib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru KXDR Malayziya vətəndaşlarına ölkədən çıxmağı qadağan edib Suriyada altı yaşadək ən azı 3 milyon uşaq müharibədən başqa heç nə görməyib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO