İran yeni qanadlı raketinin təqdimatını keçirib

İranın "Sumar" adlı "yer-yer" tipli qanadlı raketin təqdimatını keçirib.
Maide.az xəbər verir ki, raketin istehsalı İranda olunub.
"Sumar" uzaq mənzilli raketdir.  Raket sistemi İran Müdafiə Nazirliyinin Hava-Kosmos Sənaye Təşkilatının mütəxəssisləri tərəfindən layihələşdirilərk, istehsal olunub",-bu sözləri  İranın müdafiə naziri general-mayor Hüseyn Dehqan bu gün Tehranda "Sumar" adlı "yer-yer "tipli qanadlı raketin təqdimat mərasimində jurnalistlərə deyib.
H. Dehqan əlavə deyib ki,  raket mürəkkəb və modern texnologiyalara malikdir.
H.Dehqan həmçinin deyib ki, İslam İnqilabı Keşikçiləri Korpusu- SEPAH-ın hava-kosmos qüvvələrinə "Qədr" və "Qiyam" tipli ballistik raketlər təhvil verilib.
Onun sözlərinə görə, bu raketlər müxtəlif hədəfləri məhv etmək gücünə malikdir. /
 

Google+ WhatsApp ok.ru