İraq əhli-sünnə camaatı: `Məzhəbçilik səs-küyü salandan İraqlı olmaz`

İraq əhli-sünnə camaatı tərəfindən yayımlanan bəyanatda son zamanlar sosial şəbəkələrdə yayılan məzhəbçilik qızışdırmasına diqqət çəkilib və bu məsələdə müsəlmanların ayıq-sayıq olması istənilib. Maide.az xəbər verir ki, bəyanatda belə deyilir: Məzhəbçilik səs-küyü edən şəxs İraqlı ola bilməz! Çünki İraqlılar illərdən bəri bu torpaqlarda tolerantlıq və vəhdət içində yaşamaqla tanınmışlar. Milyonlarla İraq xalqının mədəni şəkildə sevgi və sülh içində qaynaşaraq yürüdüyü bu günlərdə birləri qərəzli şəkildə sosial media üzərindən məzhəbçilik qarşıdurması yaratmağa çalışır. Bunların yeganə məqsədi məzhəb fitnəsi yaradaraq, İraqın birliyini və gücünü qırmaqdır. İraq Əhli Sünnə Camaatı olaraq hər cür məzhəbçilik qarşısında olduğumuzu, hansı məzhəbdən olursa olsun, İslami şəxsiyyətlərə qarşı hər cür təhqir və hörmətsizliyi pislədiyimizi ictimaiyyətə çatdırırıq." 

Google+ WhatsApp ok.ru