İraq Ərbəin zəvvarları üçün viza qiymətini açıqladı

İraq Xarici İşlər Nazirliyi cümə axşamı günü Hz. İmam Hüseynin (ə)  Ərbəin ziyarəti  mərasimlərində iştirak edəcək xarici ziyarətçilər üçün ölkəyə giriş vizasını 40 dollar elan edib.
Maide.az xəbər verir ki, İraq XİN sözcüsü Əhməd Camal xarici zəvvarlar üçün ölkəyə giriş vizasının qiymətinin bahalaşması ilə bağlı şayələri təkzib edərək deyib ki, bu kimi xəbərlər əsassızdır və Ərbəin mərasimlərində iştirak edəcək xarici ziyarətçilər üçün ölkəyə giriş vizası 40 dollar təşkil edir.
Əhməd Camal əlavə edib ki, İraqa daxil oçmaq istəyən hər bir xarici vətəndaş viza almaq müqabilində həmin məbləği ödəməli və bu, heç bir istisnasız tətbiq edilir.
Bu açıqlama İraq Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyi  rəhbərlərinin ölkəyə səfər edəcək xarici ziyarətçilər üçün viza qiymətinin müəyyən edilməsi ilə bağlı keçirilən toplantının ardınca verilib. /
 

Google+ WhatsApp ok.ru