İraqa hər ay xaricdən 40-dək terrorçu-kamikadze daxil olur

Ölkəyə hər ay xaricdən çoxlu sayda günahsız iraqlıların ölümünə səbəb olan 40-dək kamikadze daxil olur. Maide.az-ın məlumatına görə,İraqın baş naziri Heydər əl Abadi belə deyib.O, terrorçu qruplaşmalar tərkibində vuruşan əcnəbilərin hazırda üstünlük təşkil etdiyini bildirib: "Bu gün biz xaricdən ölkəyə gələn silahlı və terrorçulardan çox böyük əziyyət çəkirik".
 
Qeyd edək ki, strateji əhəmiyyətli Ər-Ramadi şəhəri İŞİD silahlıları tərəfindən zəbt edildikdən sonra vəziyyət xeyli gərginləşib. 

Google+ WhatsApp ok.ru