İraq baş naziri: `Türkiyə qoşunlarının İraqa daxil olmasına heç bir bəraәt yoxdur`

İraq baş naziri Heydər əl-Əbadi və onun türkiyəli həmkarı Əhməd Davudoğlu arasında telefon danışığı baş tutub.
 
Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, əl-Əbadi telefon danışığı zamanı Davudoğluna bildirib ki, Türkiyә ordusu İraq ərazisində İŞİD terror qruplaşmasına qarşı mübarizə aparmır və Türkiyə qoşunlarının Mosulda mövcud olmasına heç cür bəraәt qazandırmaq olmaz.
 
"İraq ordusu Ramadi şəhərini İŞİD-dən azad edib və Mosula tərəf irəliləməyə başlayıb. Biz rəsmi Bağdad hökümətinin icazəsi olmadan Türkiyə ordusunun Mosulda olmasının əleyhinə çıxış edirik. Çünki, bü cür mövcudluq yalnız gərginliyi artırır. İŞİD terrorçuları Suriya-Türkiyə sərhəddində də mövcuddurlar. Lakin Türkiyə İŞİD-in bu qədər yaxın olmasına baxmayaraq heç bir mübarizə aparmır. Digər tərəfdən, İŞİD-in Türkiyə sərhədlərindən uzaq yerdə yerləşən Mosulda mövcud olması Türkiyə üçün heç bir təhlükə törətmir", - deyə əl-Əbadi bildirib./

Google+ WhatsApp ok.ru