İraq Baş naziri: Türk qüvvələri elə bilməsinlər ki, İraq onların istirahət məkanıdır

İraq Baş naziri: Türk qüvvələri elə bilməsinlər ki, İraq onların istirahət məkanıdır

"Bəzi siyasətçilər İŞİD-in səsucaldanı rolunu oynayır."
 
İslamazeri.az-ın “Al Alam”-ə istinadən verdiyi xəbərə əsasən, İraqın Baş naziri Heydər al-Abadi türk qüvvələrinin İraqı tərk etməsini bir daha tələb edib. İraqın işğal olunmasına icazə verməyəcəyini deyən Abadi bildirib: “Türk qüvvələri elə bilməsinlər ki, İraq onların istirahət məkanıdır. Biz Ankara-Bağdad münasibətlərinin pozulmasına təəssüflənirik, lakin İraqın işğal olunmasına icazə vermiyəcəyik.”
Mosul əməliyyatına işarə edən Abadi belə əlavə edib: “Bu əməliyat sürətlə irəliləyir və şəhər sakinlərinin təhlükəsizliyini qorumaq üçün çalışılır. Köçkünlərin işləri ilə məşğul olan komitələr həmkarlıq edir. Ölkənin bəzi siyasətçiləri İŞİD-in səsucaldanı rolunu oynayır. Bir halda ki, siyasətçilər və KİV terrora dəstək verəcək hər bir addımdan uzaq olmalıdır.”
 

Google+ WhatsApp ok.ru