İraqda İŞİD-ə ağır zərbə: 86 terrorçu öldürüldü

İraqın müxtəlif şəhərlərində İŞİD terror qruplaşmasına qarşı aparılan əməliyyatlar nəticəsində 86 nəfər öldürülüb.
 
Maide.az xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyi açıqlama yayıb.
 
Məlumata görə, koalisiya qüvvələri Səlahəddin vilayətinin Beyci qəsəbəsində, Ramadi şəhərində, Kərkükün Havadi qəsəbəsində, Mosulun mərkəzində, Təlafər və Şərafəddin qəsəbələrində İŞİD mövqelərinə hava zərbələri endiriblər. Bu hücumlar zamanı 31 terrorçu öldürülüb.
 
Bundan başqa, İraq ordusunun Ənbarın Hüseybiyə bölgəsinə etdiyi əməliyyat nəticəsində 24 terrorçu öldürülüb, 19-u da yaralanıb. Kərmə qəsəbəsində isə 23 terrorçu öldürülüb. Bölgəyə yaxın digər ərazilərdə gedən atışmalar zamanı da 8 terrorçu öldürülüb.
 
Bununla da gün ərzində İŞİD-ə qarşı aparılan əməliyyatlar zamanı 86 terrorçu öldürülüb./

Google+ WhatsApp ok.ru