Suriya və Livan qüvvələri Qələmunda irəliləyirlər

Suriyanın rəsmi informasiya agentliyi olan SANA bu ölkə ordusunun Livanın müqavimət qüvvələrinin əməkdaşlığı ilə strateji yüksəkliklərin tutulduğu xəbərini verib. 
 
Maide.az-ın məlumatına görə, Suriya ordusu və silahlı qüvvələri Livanın müqavimət qüvvələri və xalq qüvvələrinin əməkdaşlığı ilə terrorçuları hədəfə almaqda yeni nailiyyətlərə imza atıblar. 
 
Suriya və Livan qüvvələri Dəməşqin ətrafında Qələmun məntəqəsində yeni təpələrə nəzarəti əldə ediblər. 
 
Bir hərbi rəsmi bildirib ki, Felitə yüksəkliklərində Cəbəl Şəmisə əl-Həssan, Qərnə əl-təvil, Qərnə əl-Məş və Əqəbə əl-Fəsx məntəqələrinə tam nəzarət Suriya və Livan qüvvələrinin ixtiyarındadır və bu, yüksək strateji əhəmiyyətə malik Rasul-Məərə və Musa təpələrində terrorçu qruplaşmaların son mövqelərini hədəfə aldıqdan bir həftə sonra baş verib. 
 
Bu hərbi rəsminin bildirdiyinə görə, Livan və Suriya qüvvələri tərəfindən terrorçulara qarşı silsilə hücumlar, çoxlu sayda terrorçunun öldürülməsi və onların hərbi sursatlarının məhv edilməsindən sonra bu nailiyyətlər əldə olunub.

Google+ WhatsApp ok.ru