İraqda İŞİD-in 2 nömrəli adamı öldürüldü

İraqda İŞİD terror təşkilatının 2-ci şəxsi öldürülüb. Maide.az xəbər verir ki, İraqın Fəllucə şəhərində polis rəisi Feysəl əz-Zubai mövzuyla əlaqədar açıqlamasında bildirib ki, Amiriyə bölgəsi ətrafında keçirilən əməliyyatda İŞİD-in 2 nömrəli adamı Saleh əl-Zuvey ilə çoxlu sayda İŞİD terror təşkilatı üzvlərinin öldürüldüyünü bildirib.
 
Polis rəisi əz-Zuveyin Əbu Bəkir əl-Bağdadidən sonra bu terror təşkilatının ən təsirli 2-ci adı olduğunu və onun öldürülməsinin İŞİD terror təşkilatı üzvlərinin pessimizmə itələdiyini söyləyib. 

Google+ WhatsApp ok.ru