Növbəti Avropa ölkəsi, İsveç Fələstin dövlətini tanıdı

İsveçin xarici işlər naziri ölkəsinin Fələstini dövlət kimi tanıdığını bəyan edib.
 
Bu barədə İnterAz "FransPress"ə istinadla xəbər verir.
 
Qeyd edək ki, İsveç hökuməti Fələstin dövlətinin tanınması məsələsini oktyabr ayının əvvəlindən müzakirəyə çıxarmışdı. İsrail hökuməti bu ayın 5-də İsveçin səfirini çağıraraq bu ölkəyə nota versə də Fələstin bu Avropa ölkəsi tərəfindən tanınıb.

Google+ WhatsApp ok.ru