İraqda doqquz ayda 12 min vətəndaş öldürülüb

Beynəlxalq Azlıq Haqları Qrupunun (MRG) yayımladığı son hesabata görə İŞİD terror təşkilatının terror əsdirdiyi İraqda baş verən qarşıdurmalarda bu ilin ilk doqquz ayında təxminən 12 min mülkü vətəndaş öldürülüb.
 
Maide.az-ın məlumatına görə, yanvar-sentyabr ayları arasındakı dövrə aid araşdırmada bildirilir ki, İraqda ötən ilin eyni dövründə 6 minə qədər mülkü vətəndaş ölüb.
 
Yezidiler, xristianlar və türkmənlərin də aralarında olduğu azlıqların hücumlara hədəf olduğunu bildirən MRG hesabatı, mülkü vətəndaşlar arasında ölüm səbəbinin bu qədər artmasında günühkar kimi İŞİD-i göstərib. 
 
Hesabata görə, İraqda qaçırılma, sui-qəsd və cinsi təcavüzə hədəf olan azlıqlar "etnik təmizliklə" qarşı-qarşıyadır. MRG-nin "Böhrandan fəlakətə" başlığı daşıyan hesabatında minlərlə ildir azlıqlara ev sahibliyi edən İraqın Ninova bölgəsində isə yarım milyon qədər insanın evlərini tərk etmək məcburiyyətində qaldığına diqqət çəkilir.

Google+ WhatsApp ok.ru