İraqda döyüşlər və terror aktları nəticəsində 160 hərbçi ölüb 27 Aprel 2015 01:00 Dünya İraqın qərbində İŞİD terror qruplaşmasının silahlıları ilə döyüşlərdə 160-dək hərbçi həlak olub. Sky News Arabia telekanalının məlumatına əsasən, Əl Faluca şəhərinin qərbində İŞİD qüvvələri ilə qızğın döyüşlər zamanı 159 əsgər və zabit həlak olub. Şiddətli döyüşlərin həmçinin Tartar rayonunda Anbar əyalətinin inzibati mərkəzi olan Ramadi şəhərinə aparan magistral yol boyu baş verdiyi bildirilir. Qeyd edək ki, İŞİD terror qruplaşmasının əcnəbi silahlıları ötən gün İraq-İordaniya sərhədində nəzarət-buraxılış məntəqəsində (NBM) terror aktı törədib. Terrorçu-kamikadzelərin İraqın Anbar əyalətindəki “Trebile” nəzarət-buraxılış məntəqəsində üç avtomobilin partlatması nəticəsində 15 hərbçi ölüb, 22 nəfər isə yaralanıb. İŞİD terror qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Teqlər : #İraqda döyüşlər və terror aktları nəticəsində 160 hərbçi ölüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qazaxıstanda prezident seçkiləri başa çatdı Nyu-Yorkda atom silahı müxalifləri aksiya keçirdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO