Nyu-Yorkda atom silahı müxalifləri aksiya keçirdi

Amerikanın Nyu-York şəhərində Nüvə Silahlarının Yayılmamasına dair Sazişə baxış  konfransının başlanması ilə yanaşı atom silahlarına malik ölkələrin öz öhdəliklərini yerinə yetirməməyinə etiraz edən minlərlə nəfər bu şəhərdə aksiya keçirib.
Maide.az xəbər verir ki,bazar günü ABŞ-ın Nyu-York şəhərində Nüvə Silahlarının Yayılmamasına dair Sazişə baxış konfransının başlanması ərəfəsində atom silahlarına müxalif minlərlə nəfər aksiya keçiriblər. 
Əksəriyyətini, atom hücumuna məruz qalmış yeganə ölkə olan Yaponiya vətəndaşları təşkil edən etirazçıların istəyi budur ki,  atom ehtiyatlarını azaltmaq istiqamətində hərəkət etmək üçün atom silahlarına malik 8 ölkə öz öhdəliklərini yerinə yetirsin. 
Bazar gün keçirilən yürüş və aksiyanı təşkil edən müharibəyə qarşı fəallar deyirlər ki, atom silahı olmayan dünyaya doğru hərəkət üçün 8 milyonluq imzatoplama kampaniyası keçirib və onu BMT-yə ünvanlayıblar. 
ABŞ, Rusiya, Çin, Fransa, İngiltərə, Hindistan, Pakistan, Şimali Koreya rəsmi şəkildə atom silahına malik olduğunu elan edən 8 ölkədir. Sionist rejim də indiyə qədər bu məsələni elan etməsə də, Yaxın Şərqdə atom silahına malik yeganə rejim hesab olunur və indiyə qədər atom silahı olmayan Yaxın Şərq iclasının baş tutmasına maneə yardıb./
 

Google+ WhatsApp ok.ru