İraqda İmam Hadi zəvvarlarına hücum edilib: 7 zəvvar şəhid olub

İraqda ötən gün axşam imam Məhəmməd Təqinin (ə) məqbərəsinin ziyarətindən dönən zəvvarlara Samirra şəhərinin cənubunda hücum edilib, 7 zəvvar həlak olub.
 
Hücum üzərində partlayıcı daşıyan kamikadzenin özünü partlatması ilə həyata keçirilib.
 
Samirra şəhərinin cənubunda əl-İshaqi deyilən ərazidən keçən yolda törədilən bu terror aktında 12 zəvvar müxtəlif dərəcədə yaralanıb.
 
Qeyd edək ki, Samirra şəhərində Şiə Vəqfiyyat İdarəsinin sədri şeyx Sami əl-Məsudi 10-cu imamın şəhid edilməsinin ildönümü münasibətilə Samirra şəhərinə iki milyon zəvvarın toplaşdığından xəbər verib

Google+ WhatsApp ok.ru